Bank Of Baku

Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1 milyard dolları Ukraynaya ayırıb

Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1 milyard dolları Ukraynaya ayırıb
# 04 sentyabr 2025 08:15 (UTC +04:00)

Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya 1 milyard dollar göndərib.

APA xəbər verir ki, məlumat ölkə hökumətinin rəsmi saytında yer alıb.

“Dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1 milyard funt sterlinqdən artıq məbləğ Ukraynaya hərbi dəstək üçün yönəldilib”, – müdafiə naziri Con Hili bildirib.

Nazir həmçinin qeyd edib ki, Böyük Britaniya Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini yenidən nəzərdən keçirir və atəşkəsin əldə olunacağı halda onları Ukraynaya göndərməyə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR