Böyük Britaniya hökuməti Əfqanıstandan 20 min qaçqının krallıq ərazisinə köçürülməsini nəzərdə tutan proqramı razılaşdırıb.
APA “Daily Telegraph”a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Priti Patel bildirib.
O, AB-ni və digər ölkələri Britaniyadan nümunə götürməyə çağırıb.
“Əfqanıstan vətəndaşlarının köçürülməsi ilə bağlı yeni proqram ölkəsini tərk etmək məcburiyyətində qalan 20 minə qədər əfqanı qəbul etməyimizə imkan verəcək. İlk 5 min nəfər gələn il gələcək”, - nazir belə deyib.
O, Britaniyanın tək addım ata bilməyəcəyini və “Taliban” hərəkatının hakimiyyətə qayıtmasından sonra Əfqanıstan əhalisinə kömək etməyin vacibliyinin digər Qərb dövlətləri ilə müzakirə olunduğunu açıqlayıb.