Bank Of Baku

Britaniya İordan çayının qərb sahilindəki İsrail məskənləri ilə ticarəti qadağan edə bilər

Britaniya İordan çayının qərb sahilindəki İsrail məskənləri ilə ticarəti qadağan edə bilər
# 08 sentyabr 2026 07:21 (UTC +04:00)

Böyük Britaniya hökumətinin İordan çayının qərb sahilində İsrailin məskunlaşma fəaliyyəti ilə əlaqədar yeni məhdudiyyətlər elan edəcəyi gözlənilir.

Bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Nəşrin məlumatına görə, məhdudiyyətlərin ABŞ administrasiyasının və hakim Leyboristlər Partiyasının bəzi üzvlərinin tənqidlərinə baxmayaraq tətbiq olunması nəzərdə tutulur.

Məsələ sentyabrın 8-də Baş nazir Endi Börnemin sədrliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq. Bundan sonra xarici işlər naziri Ed Milibəndin parlamentdə müvafiq açıqlama verəcəyi gözlənilir.

“The Telegraph”ın yazdığına görə, nəzərdə tutulan tədbirlər konkret fiziki və ya hüquqi şəxslərə qarşı maliyyə sanksiyalarını əhatə etməyəcək.

Bununla belə, məhdudiyyətlər İordan çayının qərb sahilindəki İsrail məskənlərində fəaliyyət göstərən şirkətlərlə ticarətin qadağan edilməsini əhatə edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR