Britaniya İrlandiyada qanunsuz yaşayan miqrantların ölkədən çıxarılmasına yönəlmiş “Yeni İrlandiya Respublika Ordusu”nun (New IRA) planları səbəbilə miqrant axını ilə üzləşə bilər.
Bu barədə “Daily Mail” xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat verib.
Məlumata görə, qruplaşma İrlandiyada qanunsuz yaşayan miqrantları ölkəni tərk etməyə məcbur etmək məqsədilə zorakılıq kampaniyası planlaşdırır.
Qəzetin yazdığına görə, “New IRA”nın bu kampaniyasının İrlandiyadan Britaniyaya, xüsusilə Şimali İrlandiya ilə quru sərhədi vasitəsilə yeni miqrant dalğasına səbəb ola biləcəyindən narahatlıq var.