Britaniya kəşfiyyatı Rusiyanın Makeyevkada 300-dən çox itki verdiyini açıqlayıb

Britaniya kəşfiyyatı Rusiyanın Makeyevkada 300-dən çox itki verdiyini açıqlayıb
# 28 yanvar 2023 13:24 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinə məxsus, Ukraynanın Donetsk vilayətinin Makeyevka rayonunda yerləşən hərbi hissəyə bu ilin 1 yanvarında endirilən zərbədə Rusiya 300-dən çox itki verib.

APA xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Biz belə hesab edirik ki, zərbə zamanı hərbi hissədə olanların çox hissəsi yaralı deyil, onlar həlak olub və ya itkin düşüb. Zərbədən sonra Rusiya Müdafiə Nazirliyi də itkilər verilməsini açıq şəkildə etiraf etdi, lakin rəqəmi 89 nəfər göstərib”, – məlumatda qeyd olunub.

“Rusiyanın etiraf etdiyi itki sayı ilə ehtimal edilən rəqəm arasındakı fərq ictimaiyyətə təqdim olunan xəbərlərdə dezinformasiyanın geniş yayılmasını göstərir”, – Britaniya kəşfiyyatı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR