Bank Of Baku

Britaniya Kralı: COP28 iqlim dəyişikliyi ilə mübarizədə kritik dönüş nöqtəsi olmalıdır

Britaniya Kralı: COP28 iqlim dəyişikliyi ilə mübarizədə kritik dönüş nöqtəsi olmalıdır
# 01 dekabr 2023 14:37 (UTC +04:00)

"COP28 iqlim dəyişikliyi ilə mübarizədə kritik dönüş nöqtəsi olmalıdır".

APA-nın BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Böyük Britaniya Kralı III Çarlz Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransında deyib.

Kral III Çarlz COP28 iqlim dəyişikliyi üzrə konfransda iqlim dəyişikliyi ilə mübarizədə həqiqi transformasiya yaradacaq addımlar atılaraq bu sahədə kritik dönüş nöqtəsinin yaradılmalı olduğunu vurğulayıb.

"Bütün qəlbimlə dua edirəm ki, COP28 əsl transformasiya fəaliyyətinə doğru daha bir kritik dönüş nöqtəsi olsun. Yer bizə aid deyil, biz Yer kürəsinə aidik", - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR