Bank Of Baku

Britaniya, Rumıniya və Fransa orduları Moldovada hərbi təlimdə iştirak edəcək

Britaniya, Rumıniya və Fransa orduları Moldovada hərbi təlimdə iştirak edəcək
# 25 may 2023 12:58 (UTC +04:00)

Böyük Britaniya, Rumıniya və Fransa hərbçiləri may ayında Moldovada ilk dəfə olaraq “Hava bastionu – 2023” təlimi keçirəcək.

APA xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat xidməti öz “Telegram” kanalında məlumat yayıb.

"Təlimlərə Milli Ordunun, həmçinin Fransa, Rumıniya və Böyük Britaniya ordularının hərbi texnikası cəlb olunacaq", - məlumatda deyilir.

Hərbi-nəqliyyat bölmələri mayın 25-27-də Leuseni keçid məntəqəsi vasitəsilə Moldovaya gələcək və Kişinyovdan keçərək Bulboaka hərbi bazasına gedəcək.

Hərbi təlimin keçiriləcəyi tarix açıqlanmayıb.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR