Böyük Britaniya Rusiyaya qarşı 30 yeni maddənin daxil edildiyi yeni sanksiya paketi tətbiq edib.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Böyük Britaniya hökumətin açıqlamasında qeyd olunur ki, siyahıda 70 yeni spesifikasiya və 30 yeni təyinat yer alıb. Məhdudiyyətlər “Kremlin aqressiv hərəkətlərinə” cavab olaraq ona iqtisadi və siyasi təzyiqi gücləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, Böyük Britaniya bir qədər əvvəl Ukrayna uşaqlarının deportasiyasında iştirak edən şəxslərə və təşkilatlara qarşı da sanksiyalar tətbiq edib. Siyahıya Çeçenistan lideri Ramzan Kadırovun anası Aymani Kadırova və uşaqların tərbiyəsi və hərbi hazırlığı üçün düşərgələr təşkil edən Əhməd Kadırov Fondu daxil edilib.
Bununla yanaşı, Avropa İttifaqı Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından bəri Rusiyaya qarşı 19-cu sanksiya paketini hazırlayır. Gözlənilən yeni məhdudiyyətlər sentyabr ayında qüvvəyə minəcək və Moskvanın sanksiyaları aşmaqda kömək edən "kölgə donanması" və şirkətləri hədəfə alacaq.