Bank Of Baku

Britaniya Ukrayna xəstəxanalarına yardım üçün humanitar dəstəyi artırır

Britaniya Ukrayna xəstəxanalarına yardım üçün humanitar dəstəyi artırır
# 26 aprel 2022 11:44 (UTC +04:00)

Böyük Britaniya Ukrayna xəstəxanalarına yardım üçün humanitar dəstəyi artırır

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə baş nazir Boris Conson bu gün açıqlamasında deyib.

O bildirib ki, Ukrayna xəstəxanalarına olan hücumunlardan sonra ukraynalı həkimlərə kütləvi itkilərə qarşı mübarizəyə kömək etmək və həyati vacib dərmanlarla təmin etmək üçün Böyük Britaniyaya yeni maliyyə vəsaiti ayırıb.

Baş nazir qeyd edib ki, Böyük Britaniya Ukrayna ilə həmrəyliyinin bir hissəsi olaraq Ukraynaya yeni təcili yardım maşınları, yanğınsöndürən maşınlar, səhiyyə mütəxəssisləri üçün maliyyə və həyati xilasedici tibbi ləvazimatlar bağışlayacaq.

Böyük Britaniya Ukraynaya bundan əvvəlki yardımlardan əlavə 22 yeni təcili yardım maşını tədarük edir, bu yardım yaxın günlərdə Ukraynaya yola düşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR