Bank Of Baku

Britaniya Ukraynaya uzaqmənzilli raketlərin istehsalı üçün lazım olan məxfi məlumatı verəcək

Böyük Britaniyanın Baş naziri Endi Börnhem, Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Böyük Britaniyanın Baş naziri Endi Börnhem, Ukrayna Prezidenti Volodimir Zelenski

# 24 avqust 2026 19:18 (UTC +04:00)

Böyük Britaniya Ukraynaya uzaqmənzilli raketlərin istehsalı üçün lazım olan məxfi məlumatı verəcək.

“Associated Press”in xəbərinə görə, bunu Ukraynada səfərdə olan Böyük Britaniyanın Baş naziri Endi Börnhem deyib.

Onun sözlərinə görə, Britaniya “Storm Shadow” raket texnologiyası ilə bağlı məxfi məlumatları Ukrayna ilə bölüşəcək.

Börnhem Fransa ilə birlikdə Britaniyanın Ukraynaya “SCALP” raketlərinin istehsalı üçün yardım ediləcəyini bildirib.

Qeyd edək ki, “SCALP” raketləri “Storm Shadow” raketlərinin Fransada istehsal olunmuş versiyasıdır. Bu raketlər 250 kilometrdən uzaqda yerləşən hədəfləri dəqiqliklə vura bilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR