Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi sanksiyalara məruz qalan rusiyalı şəxs və qurumları ukraynalı uşaqların “məcburi deportasiyasında və beyinlərinin yuyulmasında” günahlandırıb.
APA xəbər verir ki, Britaniya XİN rəhbəri bu barədə özünün “X” hesabında bildirib.
“Rusiyanın Ukraynanın mülki əhalisini bombaladığı bir vaxtda Putin ukraynalı uşaqları deportasiya edir və yalanla, dezinformasiya ilə onların irsini silməyə çalışır. Bu gün biz Kremlin bu siyasəti ilə əlaqəli olanlara sanksiya tətbiq edirik”, - Lemmi qeyd edib.
Qeyd edək ki, Böyük Britaniya bu gün Rusiyanın 11 şəxs və qurumuna sanksiya tətbiq edib.