Britaniyada sabiq baş naziri yenidən siyasətə qaytarmaq istəyirlər

Britaniyada sabiq baş naziri yenidən siyasətə qaytarmaq istəyirlər
# 25 may 2025 07:49 (UTC +04:00)

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının nümayəndələri keçmiş baş nazir Boris Consonu siyasətə qaytarmaq istəyirlər.

APA xəbər verir ki, bu barədə “The Sun” qəzeti partiyadakı mənbələrə istinadən yazır.

“Boris Consonun köhnə çevrəsindən bəziləri yenidən əlaqə saxlayıb və onun qayıtması ilə bağlı danışıqlar aparır. Onlar Borisin geri qayıtmasını istəyirlər”, – nəşr yazır.

Consonu Mühafizəkarlar Partiyasının lideri təyin etmək istəyirlər.

Qeyd edək ki, partiyanın hazırkı lideri Kemi Badenokdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR