Bank Of Baku

Britaniyanın xarici kəşfiyyatı Mİ6-ya ilk dəfə qadın rəhbərlik edəcək

Britaniyanın xarici kəşfiyyatı Mİ6-ya ilk dəfə qadın rəhbərlik edəcək
# 03 oktyabr 2025 03:35 (UTC +04:00)

Britaniya kəşfiyyatının zabiti olan Bleyz Metreveli Mİ-6-nın rəhbəri vəzifəsinə təyinat alıb və o bu vəzifəni tutan ilk qadın olub.

APA xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, o, oktyabrın 1-də məxfi xidmətə beş il rəhbərlik etmiş Riçard Murdan sonra vəzifəsinin icrasına başlayıb.

48 yaşında Metreveli 1909-cu ilə qədər uzanan Mİ6-nın tarixində ən gənc rəhbərdir.

O, 1999-cu ildə xarici kəşfiyyatda işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqdə müxtəlif yerlərdə keçirib.

Məlumatda həmçinin bildirilir ki, o, ərəb dilini mükəmməl bilir və uşaqlıqda Səudiyyə Ərəbistanında yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR