Britaniyanın xarici işlər naziri David Lemmi Çinin xarici işlər naziri Van İ ilə Ukrayna münaqişəsində Çinin Rusiyaya yardım iddiası ilə bağlı mövzunu müzakirə etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın xarici işlər nazirinin Çinə səfəri ölkələr arasında ardıcıl dialoqun və müntəzəm qarşılıqlı fəaliyyətin başlanğıcı kimi qiymətləndirilir.
Qeyd edək ki, bu, Lemminin vəzifəyə gəldiyindən bəri Çinə ilk səfəri olacaq.