Brüsseldə NATO-Rusiya Şurasının iclası başa çatıb.
APA-nın xəbərinə görə, iclas NATO Baş Qərargahında keçirilib.
***
saat 13:15
Brüsseldə NATO-Rusiya Şurasının iclası başlayıb.
APA-nın xəbərinə görə, iclas NATO Baş Qərargahında keçirilir.
İclasda Avropanın təhlükəsizliyi, Ukrayna və onun ətrafındakı vəziyyət, eyni zamanda, hərbi fəaliyyətlər, şəffaflıq və risklərin aradan qaldırılması müzakirə olunacaq.
Görüşdən sonra NATO-nun Baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının sədri qismində mətbuat brifinqi keçirəcək.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin 2 ildən sonra ilk dəfə keçirilən NATO-Rusiya Şurasında Moskvanın nümayəndə heyətinə rəhbərlik edir. ABŞ Dövlət katibinin müavini Vendi Şerman da NATO-Rusiya Şurasının iclasında iştirak edir.
İclasın təxminən üç saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, dialoq platforması olan NATO-Rusiya Şurası 20 il əvvəl yaradılıb, lakin Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra platformanın iclasları dayandırılıb. Sonuncu dəfə 2019-cu ilin iyulunda NATO-Rusiya Şurası məhdud çərçivədə toplaşıb.