Türkiyə Şərqi Aralıq dənizində həm özünün, həm də Şimali Kipr Türk Cumhuriyyətinin haqqını müdafiə etməyə davam edəcək.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
ŞKTC-nın da bu bölgənin sərvətlərində haqlı payı var deyən nazir, adanın yunan tərəfinin hakimiyyətini qeyri-səmimi addımlardan çəkinməyə çağırıb. O, əlavə edib ki, beynəlxalq ictimaiyyət adada yaşayan türklər üçün eyni haqlar və statusla təmin etməlidir.