Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələri xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak edəcək.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Mövlud Çavuşoğlu yanvarın 7-də NATO XİN rəhbərlərinin videokonfrans formatında keçiriləcək iclasına qatılacaq.
NATO Baş katibi Yens Stoltenberqin sədrlik edəcəyi iclasda xarici işlər nazirləri Rusiyanın Ukrayna və onun ətrafında hərbi qüvvələrini toplaması və Avropanın təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.