“S-400” və “F-35”lər məsələsində Amerika Birləşmiş Ştatları ilə indi olmasa da, yaxın zamanda razılıq əldə oluna bilər.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” kanalına müsahibəsində deyib.
O qeyd edib ki, məsələ ətrafında danışıqlar konstruktiv çərçivədə davam edir.