Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Ceppar və Krım tatarlarının lideri Mustafa Cəmilovla görüşüb.
APA xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.
“Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə, Krım tatar türklərinin haqlarını müdafiə etməyə davam edəcəyik”, - Çavuşoğlu qeyd edib.