Çexiya NATO-ya Rusiyaya dair ümumi strategiya hazırlamağı təklif edib

Çexiyanın xarici işlər naziri Yan Lipavski

© APA | Çexiyanın xarici işlər naziri Yan Lipavski

# 30 may 2024 21:22 (UTC +04:00)

Çexiya hesab edir ki, Şimali Atlantika Alyansı Rusiyaya qarşı ümumi strateji yanaşma hazırlamalıdır.

APA xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski “X” hesabında yazıb.

“Daimi hibrid müharibəsi. Kiberhücumlar. Yalanlarla zəhərlənmiş təbliğat. Diplomatik örtük altında casusluq. Rusiya bütün dünyada xaos toxumu səpir. Mən Rusiyaya dair etibarlı strateji yanaşmanı inkişaf etdirməyi təklif edirəm. Çünki bu xaosun dərmanı ancaq güclü NATO ola bilər”, - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR