Çexiya Ukraynaya hərbi yardımı davam etdirəcək

Çexiya Ukraynaya hərbi yardımı davam etdirəcək
# 04 dekabr 2023 16:53 (UTC +04:00)

Çexiya Ukraynaya hərbi yardımı davam etdirəcək.

APA xəbər verir ki, bunu Çex Respublikasının Baş naziri Petr Fiala Avstriyanın hökumət başçısı Karl Nerhammer ilə görüşdən sonrakı birgə brifinq zamanı deyib.

Fiala qeyd edib ki, Ukraynada hərbi gərginlik artandan indiyə qədər ölkəsi ən çox ukraynalı miqrant qəbul edən dövlətlər sırasındadır:

“Hərbi ehtiyatlarımız azalsa da, biz Ukraynaya yardımı davam etdirəcəyik”, - deyə Fiala bildirib.

Tərəflər görüş zamanı həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR