CNN telekanalı Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin müalicə aldığı klinikadan görüntülərini paylaşıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, kadrlarda sabiq Prezidentin bir neçə dəfə huşunu itirməsi əks olunub.
Görüntüləri CNN-ə Saakaşvilinin amerikalı vəkilinin təqdim etdiyi bildirilib.
Qeyd edək ki, fevralın 6-da məhkəmə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin cəzasını təxirə salmaqdan imtina edib.