Danimarka Ukraynaya F-16 qırıcılarının tədarük edilməsi barədə qərar verməyib.
APA xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen jurnalistlərə deyib.
Nazir qeyd edib ki, Danimarka artıq uzun müddətdir ki, Ukrayna pilotlarının innovativ Qərb qırıcı təyyarələrini idarə edə bilməsi üçün təlimlərdə iştirakını təmin etməyə çalışır.
Rasmussen əlavə edib ki, hazırda hökumət qırıcı təyyarələrin Ukraynaya verilməsi məsələsni müzakirə edir, lakin qərar vermək üçün hələ tezdir.