Bank Of Baku

Danışıqlarda Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanəti haqda saziş müzakirə olunur - FOTO - VİDEO

Danışıqlarda Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanəti haqda saziş müzakirə olunur - FOTO  - VİDEO
# 29 mart 2022 14:59 (UTC +04:00)

İstanbulda Rusiya ilə aparılan danışıqlarda əsas diqqət Ukrayna üçün təhlükəsizlik təminatı və atəşkəsə yönəlib.

APA xəbər verir ki, bunu danışıqlarda iştirak edən Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Bir neçə mühüm məsələ ilə bağlı intensiv məsləhətləşmələr gedir. Bunlar arasında əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanəti haqqında sazişdir, yalnız bu razılaşma ilə müharibəni Ukraynaya lazım olan şəkildə bitirə bilərik”, - o qeyd edib.

Podolyak əlavə edib ki, müzakirə olunan məsələlərin ikinci hissəsi atəşkəslə bağlıdır: “Belə olan halda isə biz təcili həllini tələb edən bütün humanitar problemləri həll edə bilərik”.

Podolyak qeyd edib ki, tərəflər müharibə qaydalarının pozulmasını da müzakirə edirlər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Aleksandr Kirilenko deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı hərbi əsirlərlə rəftarla bağlı beynəlxalq qanunlara əməl olunması barədə mövqeyini çox aydın şəkildə ifadə edib.

“Bütün daxil olan məlumatlar Ukrayna Silahlı Qüvvələri tərəfindən təfərrüatı ilə yoxlanılır”, - Kirilenko bildirib.

O vurğulayıb ki, qanun pozuntuları aşkar edilərsə, hərbi əsirlərlə rəftar qaydalarını pozan hərbi qulluqçular barəsində müvafiq hüquqi qərarlar veriləcək: “Eyni zamanda, biz gözləyirik Rusiya tərəfi də bəyan etsin ki, Rusiya Federasiyası bu beynəlxalq müqavilələrə (hərbi əsirlərlə rəftar haqqında - red.) əməl edəcək”.

Tural Əsədi

Zümrüd Paşkin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR