Bank Of Baku

Dmitri Kuleba Türkiyəyə təşəkkür edib - YENİLƏNİB

Çavuşoğlu, Kuleba

© APA | Çavuşoğlu, Kuleba

# 28 mart 2022 21:02 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Kuleba "Twitter" hesabında bildirib.

"Türkiyə XİN başçısı Çabuşoğlu ilə telefon danışığımız oldu. Ukrayna və Rusiya arasında sülh danışıqlarının növbəti mərhələsinə ev sahibliyi etdiyi üçün Türkiyəyə minnətdarıq. Ümid edirəm ki, Türkiyənin vasitəçiliyi ilə bu danışıqlar Ukraynada sülhün və təhlükəsizliyimizin maraqlarına xidmət edən nəticələr verəcək", - deyə Kuleba bildirib.

***

12:28

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və onun ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı olub.

APA TASS-a istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər İstanbulda keçiriləcək Rusiya-Ukrayna dialoqunu müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR