Bank Of Baku

Durov Fransa hakimiyyətinə “Telegram”da moderatorluğu yaxşılaşdırmağı vəd edib

Durov Fransa hakimiyyətinə “Telegram”da moderatorluğu yaxşılaşdırmağı vəd edib
# 18 yanvar 2025 08:42 (UTC +04:00)

“Telegram”ın təsisçisi Pavel Durov Fransa məhkəməsində keçirilən dinləmə zamanı messencerin moderasiyasını yaxşılaşdıracağına söz verib.

APA xəbər verir ki, bu barədə "Franceinfo" mənbələrə istinadən məlumat yayıb.

“Hakimlərin “Telegram”da kütləvi şəkildə yayılan qeyri-qanuni məzmunla bağlı sualına Durov üç vəkilin iştirakı ilə cavab verib və messencerin moderasiya prosedurlarını təkmilləşdirməyə sadiq qaldığını vəd edib", - məlumatda deyilir.

O, həmçinin bildirib ki, qanun pozuntusuna görə messencerdə hər ay 20 milyona qədər hesab silinir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR