Avropa Parlamenti Macarıstanı 2024-cü ilin ikinci yarısında Aİ-yə sədrlikdən məhrum etmək üçün qətnamə layihəsi hazırlayıb.
APA-nın xəbərinə görə, bu barədə Macarıstanın ədliyyə naziri Yudit Varqa Facebook səhifəsində bildirib.
“Gələn həftə Avropa Parlamenti Macarıstanın 2024-cü ilin ikinci yarısında Aİ-yə sədrliyinə mane olmaq əleyhinə qətnaməyə yenidən səs verəcək. Biz onların Macarıstandan bu fürsətdən istifadə etməsinə imkan verməyəcəyik”, - deyə nazir yazıb.