Bank Of Baku

Əkrəm İmamoğlu saxlanılıb

Əkrəm İmamoğlu saxlanılıb
# 19 mart 2025 09:15 (UTC +04:00)

İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və mətbuat katibi Murad Onqun saxlanılıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Saxlanılmanın səbəbi

İBB sədrinin İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanıldığı bildirilir. İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə aparılıb.

Ümumilikdə 100-dən artıq şəxsin saxlanıldığı bildirilir. Məlumatda deylir ki, prokurorluq iki ayrı araşdırma aparır. Birinci araşdırma çərçivəsində İmamoğlu və digər şübhəlilər PKK ilə ortaq fəaliyyət, PKK üzvlərini işə yerləşdirmək, ikinci araşdırma çərçivəsində isə korrupsiya və rüşvət cinayətlərində təqsirləndirilir.

Əkrəm İmamoğlu kimdir

Əkrəm İmamoğlu 4 iyun 1970-ci ildə Türkiyənin Trabzon şəhərində anadan olmuşdur. İstanbul Universitetində biznesin idarə edilməsi üzrə bakalavr və insan resurslarının idarə edilməsi sahəsində magistr dərəcəsi almışdır. 2014–2019-cu illərdə Bəylikdüzü Bələdiyyəsinin sədri vəzifəsini icra etmişdir. 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR