Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiya və Amerika kəşfiyyat rəhbərlərinin Ankaradakı təmaslarının bu sahədəki artan gərginliyin qarşısının alınmasında mühüm rol oynadığını deyib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Ərdoğan Rusiya-Ukrayna müharibəsinin uzadılmasının riskləri artıracağını və bu səbəbdən diplomatik danışıqların yenidən canlandırılmasının vacibliyini bildirib.
Prezident Ərdoğan Putinin Türkiyədə təbii qaz mərkəzinin yaradılması təklifinə dair komandaların ən qısa zamanda ortaq hədəflərə çatmaq üçün texniki, hüquqi və ticarət qiymətləndirmələri aparacaqlarını da qeyd edib.