Paşha Bank
Bank Of Baku

“Tenerife”nin futbolçusu meydanda qapıçı ilə toqquşduqdan sonra ölüb - HADİSƏ ANI

Xesus de Migel

© APA | Xesus de Migel

# 03 noyabr 2026 14:51 (UTC +04:00)

İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migel 30 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, futbolçu “Andorra” ilə keçirilən qarşılaşmada rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşub.

Toqquşma zamanı qapıçının dizi de Migelin sinəsinə dəyib. Nəticədə hücumçu huşunu itirib və ürəyi dayanıb.

Təcili xəstəxanaya çatdırılan futbolçunun vəziyyətini həkimlər əvvəlcə stabilləşdirsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Sequndanın XII turunda keçirilən “Tenerife” – “Andorra” matçı 2:2 hesabı ilə davam edərkən yarımçıq dayandırılıb.

Xesus Ovono isə qırmızı vərəqə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR