Suriyalı miqrantların vətənlərinə dönmə prosesi təhlükəsiz şəkildə aparılacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber”ə müsahibəsində bildirib.
O qeyd edib ki, “Millət İttifaqı”nın prezident seçkilərində namizədi Kəmal Kılıçdaroğlunun Türkiyədə 10 milyon miqrantın olmasına dair açıqlamalar həqiqəti əks etdirmir: “Biz Boraltan körpüsü ləkəsini 10 illər sonra Qarabağ müharibəsi ilə təmizlədik. Millətimiz bənzər vicdansızlıqlara bir daha yol verməyəcək”.