“TEKNOFEST” artıq bir marka halına gəlib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST”də çıxışı zamanı bildirib.
O, keçən il festivalın Bakıda keçirildiyini də xatırladıb.
“Bu il Türkiyə və 96 ölkədən 333 min komanda ilə 1 milyon iştirakçı qatılıb. Mükafatlarımızın məbləği də artaraq 44 milyon türk lirəsinə yüksəlib”, - deyə o vurğulayıb.