Bank Of Baku

Ərdoğan: Türkiyə Rusiya-ABŞ danışıqları üçün ideal ev sahibi ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 18 fevral 2025 18:28 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında müharibəni bitirməsi üçün başlatdığı diplomatik səylər Türkiyənin son 3 ildə davam etdirdiyi siyasətlə üst-üstə düşür.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə Ukraynada daimi sülhə nail olmaq üçün dəstəyini davam etdirəcək.

Ərdoğan, həmçinin Rusiya və ABŞ arasında müzakirələr üçün “Türkiyə ideal ev sahibi ola bilər” deyə əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR