Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş Katibi Antonio Quterreş arasında görüş 1,5 saat çəkib.
APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidentinin iqamətgahında təşkil olunmuş görüş mətbuata qapalı baş tutub. Məlumata görə, tərəflər Rusiya və Ukrayna arasında davam edən müharibəyə diqqət yönəldiblər. Söhbət zamanı Türkiyənin müharibənin başa çatdırılması məqsədi ilə davam etdirdiyi vasitəçilik səyləri, Türkiyənin tövsiyələri və atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Antonio Quterreş sabah Moskvaya səfər edərək burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. BMT Baş katibinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşünün isə cümə axşamı keçiriləcəyi bildirilib.
18:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreşi qəbul edib.
APA xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.