Bank Of Baku

Ərdoğanın sözçüsü Baydenin müşaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

İbrahim Kalın

© APA | İbrahim Kalın

# 10 yanvar 2022 20:01 (UTC +04:00)

Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması regionun sabitliyi və rifahına töhfə verir.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan ilə telefon danışığı zamanı bildirlib.

Telefon danışığı zamanı Türkiyənin Balkanlarda, Cənubi Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu davam etdirməkdə qətiyyətli olduğu vurğulanıb.

Bundan əlavə, Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı son durum da müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR