Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları Kahramanmaraşda əməliyyatlarını davam etdirir.
APA-nın zəlzələ bölgəsinə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, FHN-in xilasediciləri şəhərin Harunlar məhəlləsində ana və azyaşlı qızının meyitini dağıntılar altından çıxarıblar.
Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.