"Prezident İlham Əliyev taprışığına əsasən Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində var gücümüzlə gecə-gündüz çalışırıq".
APA-nın Türkiyəyə ezam olunan müxbirinə bunu FHN-in N saylı hərbi hissənin komandiri Zəfər Mustafayev deyib.
O bildirib ki, hazırda burada dayanmadan axtarış-xilasetmə işləri aparırlar:
"Təbii ki, biz zamanla yarışırıq. Çalışırıq ki, dağıntılar arasında qalmış insaları sağ-salamat aşkarlayaraq çıxaraq. Gün ərzində bizim qrup Harunlar məhəlləsindəki binanın dağıntıları altından biri uşaq olmaqla 5 nəfərin cəsədini çıxarmağı təmin edib".