Fövqəladə Hallar Nazirliyinin (FHN) axtarış-xilasetmə qrupları Türkiyənin Kahramanmaraş şəhərində əməliyyatlarını davam etdirir.
APA-nın zəlzələ bölgəsinə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, axşam saatlarında şəhərin Harunlar məhəlləsində FHN əməkdaşları tərəfindən axtarış-xilasetmə əməliyyatları icra edilir.
Qeyd edək ki, FHN Kahramanmaraş şəhərində 725 nəfərlik canlı qüvvəsi və xüsusi təlim görmüş itlərlə axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.