Finlandiya Kiyevə yeni hərbi yardım paketi ayıracaq

Finlandiya XIN r

© APA | Finlandiya XIN r'hb'ri Elina Valtonen Kiyevdə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşür

# 03 oktyabr 2023 11:30 (UTC +04:00)

Finlandiya Kiyevə yeni hərbi yardım paketi göndərmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Elina Valtonen "X" hesabında məlumat verib.

“Finlandiya ümumilikdə indiyədək Ukraynaya təxminən 2 milyard avro ayırıb. Bizim yeni müdafiə yardımı paketimiz artıq hazırlanır”, - o bildirib.

Nazir həmçinin qeyd edib ki, Finlandiya və Avropa İttifaqı “lazım olduğu müddətcə” Kiyevə kömək etməyə davam edəcək. Ümumilikdə Kiyev Helsinkidən 2 milyard avroya yaxın dəstək alıb ki, bunun da təxminən 1,3 milyard avrosu hərbi yardım olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR