Bank Of Baku

Finlandiya Rusiya ilə sərhəddə iki nəzarət-buraxılış məntəqəsini bağlayıb

Finlandiya Rusiya ilə sərhəddə iki nəzarət-buraxılış məntəqəsini bağlayıb
# 24 oktyabr 2024 16:57 (UTC +04:00)

Finlandiya Rusiya ilə sərhəddəki Parikkala və Lieksa-İnari müvəqqəti nəzarət-buraxılış məntəqələrini bağlayıb.

APA “yle” portalına istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Dövlət Sərhəd Xidmətindən bildirilib.

Xidmət rəisinin müavini Samuli Murtonen qərarın qeyri-müəyyən müddətə qüvvədə qalacağını bildirib.

Məsələyə Finlandiya hökumətindən də münasibət açıqlanıb. Qeyd edilib ki, sözügedən addım Rusiya ilə imzalanan sərhəd razılaşmasına zidd deyil:

“Məlumat üçün bildiririk ki, hökumətin bununla bağlı qərarı istənilən vaxt dəyişə və məntəqələr fəaliyyətini bərpa edə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR