Bank Of Baku

Fitso: Rusiya aktivlərinin Ukraynaya verilməsi qanunsuz müsadirə olacaq

Slovakiyanın Baş naziri Robert Fitso

© APA | Slovakiyanın Baş naziri Robert Fitso

# 02 dekabr 2025 00:14 (UTC +04:00)

Slovakiyanın Baş naziri Robert Fitso Avropada dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi ideyasını şərh edərək bildirib ki, bu addım “qanunsuz müsadirə” hesab olunacaq.

APA xəbər verir ki, Baş nazirin çıxışı Slovakiya hökumətinin YouTube kanalında yayımlanıb.

“Bu, qanunsuz müsadirədir və arbitraj məhkəmələri ilə bağlı böyük problemlərə, həmçinin Rusiyanın cavab tədbirlərinə gətirib çıxaracaq”, – Fitso vurğulayıb.

Onun sözlərinə görə, Slovakiya Rusiya aktivlərinin Kiyevə verilməsinə və hərbi əməliyyatların maliyyələşdirilməsinin istənilən formada davam etdirilməsinə qarşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR