Bank Of Baku

Fransa prezidenti Makron növbədənkənar parlament seçkiləri təyin edib

Fransa prezidenti Makron növbədənkənar parlament seçkiləri təyin edib
# 09 iyun 2024 23:30 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edib.

APA xəbər verir ki, Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edərək 30 iyun tarixinə birinci, 7 iyul tarixinə isə ikinci tur olmaqla Assambleyanın növbədənkənar seçkilərini təyin edib.

Məlumata görə, bundan əvvəl Fransada Avropa Parlamentinə (AP) seçkilərdə qalib gələn "Milli Birlik" partiyası Makronu Fransa parlamentinə növbədənkənar seçkilər təyin etməyə çağırıb.

Qeyd edək ki, Milli Assambleya Fransa parlamentinin aşağı palatasıdır. Assambleyanın deputatları qanunların müzakirəsi və qəbulu, habelə zəruri dəyişikliklərin edilməsi ilə məşğuldu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR