Bank Of Baku

Fransa XİN rəhbəri: Aİ dekabrın 18-də Rusiya aktivləri ilə bağlı qərar verə bilər

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro La Tribune

© APA | Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro La Tribune

# 30 noyabr 2025 06:56 (UTC +04:00)

Avropa İttifaqı ölkələri dondurulmuş Rusiya aktivləri ilə bağlı qərarı 18 dekabrda Brüsseldə keçiriləcək sammitdə qəbul edə bilər.

APA xəbər verir ki, bu barədə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro La Tribune Dimanche nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, məsələ yaxın günlərdə intensiv şəkildə müzakirə olunacaq.

“Birinci prioritet Avropada yerləşən Rusiya aktivlərinin tam bloklanmasını təmin etməkdir. Bu, gələcək sülhün şərtlərinə təsir göstərməyə imkan verən ciddi rıçaqdır”, – Barro vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR