Bank Of Baku

Fransada 146 min nəfər bahalaşmaya qarşı etiraz aksiyalarında iştirak edib

Fransada 146 min nəfər bahalaşmaya qarşı etiraz aksiyalarında iştirak edib
# 07 noyabr 2026 22:31 (UTC +04:00)

Fransanın müxtəlif şəhərlərində əhalinin alıcılıq qabiliyyətinin azalmasına və yaşayış xərclərinin artmasına etiraz olaraq təxminən 146 min nəfər nümayiş keçirib.

Bu barədə “Le Monde” qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Paris şəhərində aksiyalara 46 min nəfər qatılıb.

Həmkarlar ittifaqları isə ölkə üzrə nümayişçilərin sayının 250 min, Parisdə isə 75 min nəfər olduğunu açıqlayıb.

Daxili İşlər Nazirliyi aksiyaların ümumilikdə sakit keçdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR