Bank Of Baku

Fransada etirazlarda saxlanılanların sayı 675 nəfərə çatıb

Fransada etirazlarda saxlanılanların sayı 675 nəfərə çatıb
# 11 sentyabr 2025 12:49 (UTC +04:00)

Fransa boyu keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 675 nəfərə çatıb.

APA “Le Figaro”ya istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aksiyaların qarşısının alınması zamanı xəsarət alan polislərin sayı isə 34 nəfərə çatıb.

Təkcə Parisdə 280 etirazçı saxlanılıb.

Qeyd edək ki, Fransada hökumət əleyhinə keçirilən aksiyalarda iştirak edənlərin sayı Daxili İşlər Nazirliyi tərəfindən 200 000 təqdim edilsə də, ölkə mətbuatı bu rəqəmin 250 000 olduğunu xəbər verir.

80 000-dən çox polisin etirazlara müdaxilə etməsinə baxmayaraq, etirazçılar ölkənin cənub-qərb hissəsində elektrik kabellərini kəsib.

Nəticədə dəmiryolu nəqliyyatının hərəkəti dayanıb.

Aksiyaçılar bir sıra şəhərlərdə əsas yolları bağlayıb, bəzi yerlərdə işçi tətilləri müşahidə olunur.

“Hər şeyi bloklayaq” şüarı ilə keçirilən etirazlar Fransada siyasi qeyri-stabilliyə və büdcədə olan nöqsanlara görə keçirilir.

Baş nazir Fransua Bayrunun etimad səsverməsini uduzmasından sonra müdafiə naziri Sebastyan Lekornyunun onun yerinə təyin olunması əhalini qəzəbləndirib.

Qeyd edək ki, Lekornyu iki ildən az bir müddətdə Fransada təyin olunan 5-ci Baş nazirdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR