Bank Of Baku

Fransada koronavirusun yeni variantı aşkarlanıb - VİDEO

Fransada koronavirusun yeni variantı aşkarlanıb - VİDEO
# 04 yanvar 2022 05:18 (UTC +04:00)

Fransanın cənubunda koronavirusun yeni variantı tapılıb.

APA xəbər verir ki, bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.

Naməlum ştam Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkarlanıb.

Mütəxəssislər virusun bu variantının sözügedən Afrika ölkəsində geniş yayıldığını istisna etməyiblər.

Marsel həkimləri tərəfindən kəşf edilən yeni versiya şərti olaraq B.1.640.2 adlandırılıb.

Hələlik bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR