Bank Of Baku

Frederiksen: Rusiya onilliyin sonuna qədər Aİ üçün təhdidə çevrilə bilər

Danimarkanın Baş naziri Mette Frederiksen

© APA | Danimarkanın Baş naziri Mette Frederiksen

# 08 iyul 2025 17:24 (UTC +04:00)

Rusiya onilliyin sonuna qədər Avropa İttifaqı üçün təhdidə çevrilə bilər.

APA xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

“Rusiyanın silahlanması o deməkdir ki, bu ölkə iki və ya beş il ərzində Avropa və NATO üçün ciddi hərbi təhdidə çevriləcək. Buna görə də bizim prioritetimiz Avropanın təhlükəsizliyini gücləndirməkdir. Ən geci 2030-cu ilə qədər olmaqla özümüzü müdafiə etməyə qadir bir formaya gəlib çıxmalıyıq”, - Baş nazir vurğulayıb.

Frederiksen Avropanın son 30 ildə öz hərbi xərclərini azaltmasını tənqid edib və bunu böyük səhv adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR