Bank Of Baku

G7 ölkələri süni intellektdən məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılaşır

G7 ölkələri süni intellektdən məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılaşır
# 30 aprel 2023 10:10 (UTC +04:00)

Yeddilik Qrupu (G7) ölkələri süni intellektin tətbiqlərinin artması fonunda bu cür texnologiyalardan məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə bazar günü yayılan G7-nin rəqəmsal və texnologiya departamentləri rəhbərlərinin Yaponiyanın Takasaki şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş fəaliyyət planında deyilir.

Sənəddə göstərilən məqamlar aşağıdakılardır: qanunun aliliyi, qanuni prosedurlara əməl olunması, innovasiya imkanlarından istifadə, demokratiya və insan hüquqlarına hörmət.

“Biz demokratik dəyərlərə xələl gətirən, azad sözü boğan və insan haqlarını təhdid edən süni intellektdən sui-istifadəyə qarşıyıq”, - nazirlərin bəyanatında deyilir.

İclasın gündəliyinə süni intellektdən istifadə ilə bağlı məsələlərin daxil edilməsi qərarı onlara əsaslanan bu cür texnologiya və xidmətlərin, məsələn, ChatGPT çat botunun populyarlığının artması ilə bağlıdır. Bununla əlaqədar olaraq, G7 ölkələri qərəz və dezinformasiyanın, müəllif hüquqlarının pozulmasının və süni intellektin digər zərərli istifadələrinin yayılmasının qarşısını almaq yollarını araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR