Bank Of Baku

Gürcüstan hökuməti Azərbaycanla münasibətləri nümunəvi adlandırıb

Gürcüstan hökuməti Azərbaycanla münasibətləri nümunəvi adlandırıb
# 21 noyabr 2025 00:42 (UTC +04:00)

Gürcüstanın Azərbaycan və Ermənistanla münasibətləri nümunəvidir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani deyib.

O, Gürcüstanın hər iki ölkə ilə hökumət səviyyəsində çox yaxşı kommunikasiyasının olduğunu bildirib.

Onun sözlərinə görə, Gürcüstan dənizə çıxışı olmayan səkkiz ölkə üçün dəhliz funksiyasını yerinə yetirir.

“Bu, Azərbaycan və Ermənistana da aiddir və bu baxımdan Gürcüstanın rolu və mövqeyi çox vacibdir”, - o əlavə edib.

Administrasiya rəhbəri Gürcüstanın yük daşımaları sahəsində Azərbaycan və Qazaxıstanla da çox sıx əməkdaşlıq etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR