Bank Of Baku

Gürcüstan lideri: Avropa Parlamentinin hərəkətləri bizə SSRİ Ali Sovetini xatırladır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 09 oktyabr 2026 12:05 (UTC +04:00)

"Avropa Parlamenti və bütövlükdə Avropa bürokratiyası acınacaqlı vəziyyətdədir. Bu qurumda aparılan müzakirələr və qəbul edilən sənədlər də bunun təzahürüdür. Bu, artıq Gürcüstan cəmiyyəti üçün maraqlı deyil".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin ötən gün ölkə ilə bağlı qəbul etdiyi tənqidi qətnaməni jurnalistlərə şərh edərkən deyib.

O, Avropa Parlamentinin hərəkətlərinin SSRİ Ali Sovetini xatırlatdığını qeyd edib.

"Hesab edirəm ki, hətta Sovet İttifaqı mövcudluğunun son illərini yaşadığı 1980-ci illərdə Ali Sovet daha yaxşı vəziyyətdə idi", - deyə hökumət başçısı əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR